Müğənni Bəturə Hüseynova kişi həmkarlarına meydan oxuyur
Müğənni Bəturə Hüseynova kişi həmkarlarının duet oxumaq təklifini rədd edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Ölkə.Az"a açıqlama verən sənətçi qərarını belə əsaslandırıb:
"Ramal İsrafilov, Elton Hüseynəliyev, Nadir Qafarzadə kimi populyar sənətçilər mənə duet oxumaq təklifi ediblər. Adıyla deyirəm ki, qaranlıq məqam qalmasın. Ancaq mən bu təkliflərdən imtina etmişəm. Çünki Sahib İbrahimovun etdiklərindən sonra heç kimlə duet oxumaq istəmirəm".
Qeyd edək ki, müğənni Sahib İbrahimov Bəturə Hüseynovayla duet oxuyacağına söz verib, vədinə əməl etmədiyinə görə sənətçilər arasında gərginlik yaranıb.
Digər xəbərlər