Quranı dəyişdirmək istəyənlər İŞİD-in Qərb versiyasıdır
Fransanın keçmiş prezidenti – islamın qatı düşməni Sarkozi də daxil olmaqla, 300 fransız yazar-siyasətçi, şiddət və yəhudi düşmanlığı yaydığı iftirası ilə Qurandan bəzi ayələrin çıxarılmasını istəyiblər. Bunlar 21-ci yüzilliyin beyinsizləri, barbarları və əbucəhlləridir, bunlar İŞİD-in Qərb versiyasıdır.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Fransada Qurani-Kərimdən bəzi ayələrin çıxarılması ilə bağlı başladılan kampaniyaya münasibət bildirərkən deyib.
"Sarkozidən daha qüdrətli, daha azğın əbucəhllər, islamın saysız düşmənləri Quranı yox etmək, bu mümkün deyilsə, təhrif etmək, bu da mümkün deyilsə, bəzi ayələri Qurandan çıxarmaq istədilər, amma bacarmadılar. Hamısı yox oldu, ancaq Quran var və qiyamətə qədər də var olacaq", - Bozdağ bildirib.
Qeyd edək ki, Fransada keçmiş prezident Nikola Sarkozinin də olduğu 300-ə yaxın siyasətçi və yazardan ibarət qrup müqəddəs Qurani-Kərim kitabında bəzi ayələrin guya "zorakılığı və yəhudi düşmənçiliyini" təbliğ etməsi səbəbindən çıxarılması kampaniyası başladıb.