Bir türk düşməni də cəzalandırıldı

Bir türk düşməni də cəzalandırıldı

7 May 2018 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya televiziyalarının tok-şoularında özünün anti Azərbaycan, anti-Türkiyə mövqeyi ilə məşhur olan, Dağlıq Qarabağ konfliktini islam-xristian qarşıdurması kimi təqdim edən, hər zaman erməni separatçılarını dəstəkləyən polşalı jurnalist Tomaş Matseyçuka 30 il müddətinə-2048-ci ilədək Rusiya Federasiyası ərazisinə girmək qadağan edildi.

Matseyçuka RF Cinayət məcəlləsinin 282-ci maddəsi (Nifrət və düşmənçilik qaldırma, insan ləyaqətini alçaltma) tətbiq edilib.

Əvvəllər Moskvadakı erməni diasporasının Matseyçuku ciddi şəkildə maliyələşdirdiyi barədə mətbuatda, sosial şəbəkələrdə məlumatlar dərc edilmişdi.(moderator.az)