İnsan alverinə qarşı sərt  mübarizə aparılır

İnsan alverinə qarşı sərt mübarizə aparılır

2 May 2018 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair lazımi tədbirlər görülür".

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradovaparlamentin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq konvensiyaların üzərimizə qoyduğu öhdəliklərdən, "İnsan alverinə qarşı mübarizə haqqında" qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələblər yerinə yetirilməkdədir.

B.Muradova qeyd edib ki, bu sahədə Azərbaycanın əldə etdiyi nəticələr kifayət qədər müsbətdir.Azvision.az