Azərbaycanda 10 min nəfərə 11 vəkil düşür

Azərbaycanda 10 min nəfərə 11 vəkil düşür

2 May 2018 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda vəkillərin sayı ilk dəfə 1000 nəfəri ötüb.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, hazırda ölkə üzrə 1039 vəkil fəaliyyət göstərir.

Onun sözlərinə görə, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər namizəd vəkilliyə qəbul edilib: "Bu şəxslərin 80 faizi 40 yaşına kimi olan hüquqşünaslardır. Vəkilliyə sonuncu qəbuldan sonra ölkədə hər 10 min nəfərə 11 vəkil düşür. Vəkillərin sayı hər ay artacaq. Biz savadlı, hazırlıqlı və təcrübəli hüquqşünasların vəkilliyə qəbul olunmasına çalışırıq".

A.Bağırov, həmçinin bildirib ki, vəkillərin hazırlığı, bilik səviyyəsi heç də hakimdən, ya prokurordan aşağı olmamalıdır. "Aprelin 16-dan vəkilliyə sənəd qəbulu başlanıb. Vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq".Azvision.az