Ermənilərin "Açıq qapı" filminə azərbaycanlılar çəkildilər

Ermənilərin "Açıq qapı" filminə azərbaycanlılar çəkildilər

7 Dekabr 2011 13:26
Bəyəndim (0) Bəyənmədim (0)
Layihənin məqsədi millətlərin sülh istəyində olmasını nümayiş etdirməkdir

Komediya janrlı "Açıq qapı" filminə azərbaycanlılar çəkildilər. Bu barədə Ermənistanın Tert.am saytı Newmag jurnalına istinadən məlumat verir. Baş rol ifaçısı Ovannes Azoyan və şoumen Arsen Qriqoryan bildiriblər ki, filmdə iştirak edənlər Gürcüstan azərbaycanlılarıdır. "Çəkilişlər də məhz həmin insanların evlərində, həyətlərində baş tutub. Hətta azərbaycanlılar təəccübləniblər ki, biz ermənilər onları layihəyə qoşmuşuq", - deyə erməni aktyorlar məlumat verərək əlavə ediblər: "azərbaycanlılardan başqa filmdə daha 6 millətin nümayəndələri iştirak ediblər - ermənilər, ruslar, gürcülər, osetinlər, ukraynalılar, amerikanlar".

Filmin rejissoru Avaq Avaqyanın sözlərinə görə, layihənin məqsədi millətlərin sülh istəyində olmasını nümayiş etdirməkdir.

Xatırladaq ki, Ermənistan istehsalı olan "Açıq qapı" filmi rus-gürcü müharibəsinə həsr olunub. Çəkilişlər 40 gün ərzində Ermənistan-Rusiya sərhədində baş tutub.
Filmin premyerası dekabrın ikinci yarısında "Moskva" kinoteatrında nəzərdə tutulur.

Bəli, millətlər sülh istəyir, ancaq işğalçılıq siyasəti olmadan...

Fuad Borçalı

O.M.