
Zeynəb Xanlarova SSRİ xalq artistləri ilə görüşəcək
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, millət vəkili Zeynəb Xanlarova dekabrın 8-dən 11-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi Z.Xanlarova MDB-nin 20 illik yubileyi münasibətilə keçirilən SSRİ xalq artistlərinin görüşünə dəvət edilib. Tədbirin təşkilatçısı MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur. Görüşdə deputatımız tarixi-mədəni irsin qorunması və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsində yaxından iştirak edəcək.
O.M.
Digər xəbərlər