
Qorxmaz Əlili Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri təyin edildi
Aktyor Qorxmaz Əlili AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, Kino və Televiziya şöbəsinin müdiri təyin edilib. Aktyor bu vəzifəyə ötən həftələrdə Rəyasət Heyətinin qərarı ilə təyin olunub. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi katibi Vüqar Kərimov bildirib ki, Qorxmaz Əlilinin təyinatı noyabrın 25-də olub.
Qeyd edək ki, teatrşünas İnqilab Kərimov bu il iyulun 22-də vəfat etdikdən sonra şöbə müdiri vəzifəsi boş idi.
O.M.
Digər xəbərlər