Peyğəmbərin vətənində ilk dəfə olaraq moda həftəsi keçiriləcək

Peyğəmbərin vətənində ilk dəfə olaraq moda həftəsi keçiriləcək

8 Aprel 2018 07:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Gulf News" nəşrin xəbər verir ki, Səudiyyə Ərəbistanında ilk dəfə olaraq moda həftəsi keçiriləcək.

Xəbərdə moda göstərilərinin 10 apreldə Ər-Riyadda nümayişinin başlanması gözlənilir. Dünya miqyaslı modelyerlərin və ərəb dizaynerlərin iştirak edəcəyi tədbir 4 gün çəkəcək. Tədbirdə Roberto Kavalli və Jan- Pol Qotye iştirak edəcək.

Moda həftəsi əvvəlcə fevral ayına nəzərdə tutulmuşdu, amma təşkilatçılar "qonaqların çoxluğundan" onu başqa vaxta keçiriblər.

General Entertainment Authority idarəsinin istirahət bölümü Səudiyyə Ərəbistanında fevralda 5 min konsertin və festivalın keçiriləcəyini anons etmişdi. Bu 2017 - ci ildə olandan iki dəfə çoxdu. Krallıq yaxın 10 ildə bu sahəyə 64 milyard vəsait yatırmağı qərara alıb.

6 apreldə bildirildi ki, Səudiyyə Ərəbistanında 35 ildə ilk dəfə olaraq kinoteatr olacaq. 18 oktyabrda isə artıq onun açılışı gözlənilir. (moderator.az)