Baş nazir bir dəqiqədə şiələrlə sünnilərin BİRLİK FORMULUNU AÇDI - VİDEO

Baş nazir bir dəqiqədə şiələrlə sünnilərin BİRLİK FORMULUNU AÇDI - VİDEO

28 Fevral 2018 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Allahımız, Quranımız, Peyğəmbərimiz(s) birdir – bundan vacib nə ola bilər?!

Livanın Baş naziri Səəd əl-Hariri şagirdlərlə ünsiyyət qurmaq üçün ölkə məktəblərindən birində olub.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla yazır. Məktəbli qızlardan biri hökumət başçısına gözlənilməz bir sual ünvanlayıb: "Sünni və şiələr arasındakı fərq nədən ibarətdir?"

Baş nazir löhvəyə yaxınlaşaraq bir tərəfə "Şiələr", digər tərəfə isə "Sünnilər" yazıb. Sözlər arasındakı sütunda S.Həriri İslam dininin ümumi müddəalarını göstərib:"Allah, Quran, Peyğəmbər(s) və İslamın beş sütunu". "Bunlar şiəlik və sünnilik arasındakı ümumi nöqtələrdir və bunlardan daha əhəmiyyətli nə ola bilər?"- deyə Livan lideri bəyan edib.

Sonra baş nazri sünnilər və şiələr arasındakı ayırıcı xətti çəkərək bu iki məzhəbi siyasi maraqların ayırdığını söyləyib. "Hər şey Peyğəmbərimizin(s) ölümündən sonra başladı- bir varis seçmək gərək idi. Bu, dini məsələ yox, siyasi bir problemdi. İxtilafı da məhz bu yaratdı..."

Əl-Həriri suala bir dəqiqədə cavab verib və uşaqlar onun izahından razı qalıblar.