Gələn aydan din xadimlərinə maaş veriləcək
"Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır".
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə azvision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
Komitə rəsmisi bildirib ki, din xadimlərinə 400-450 manat civarında əmək haqqı veriləcək.
"Bu, onların tutduğu vəzifədən asılı olacaq. İmamlar, imam müavinləri və dini ayin icraçıları statusuna uyğun əmək haqqı alacaqlar".
Digər xəbərlər






























































































