45 yaşlı aktrisa toya hazırlaşır
Aktrisa Qvinet Peltrou sevgilisi Bred Felçakla toya hazırlaşır.
Aktrisa toya necə hazırlaşdığını söyləyib:
"Mənim əvvəl heç vaxt toyum olmayıb (O, keçmiş həyat yoldaşı Kris Martinə gizlicə ərə gedib. Mərasimdə yalnız ailə üzvləri iştirak edib). Baxmayaraq ki, artıq 45 yaşım var, özümü 21 yaşımdakı kimi hiss edirəm!
Rəfiqələrimlə bu barədə danışmaq çox gözəldir. Onlar mənə müxtəlif toy paltarlarının şəkilləri yollayırlar, deyəsən, onlar da mənim qədər xoşbəxtdirlər".
Qeyd edək ki, Qvinet və Felçek ötən ay nişanlanıblar. Cütlük bir neçə ildir davam edən münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.Qafqazinfo

Digər xəbərlər






























































































