Daha 2 unudulmuş mahnımızı ermənilər oğurladılar

Daha 2 unudulmuş mahnımızı ermənilər oğurladılar

31 Oktyabr 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)
Mobil Əhmədov və Tükəzban İsmayılovanın oxuduqları mahnılar indi erməni xalq mahnıları adlanır

40-cı illərdə Stalin haqda mahnı yazılmışdı. Mahnının sözləri belə idi: "Stalin adı gələndə qış gedər, bahar gələr". Sonradan məlum səbəblərdən mahnının sözləri dəyişdirildi. Mobil Əhmədov Azərbaycan Simfonik Orkestrinin xoru ilə həmin musiqi parçasını bu cür ifa etməyə başladı: "Yar neylədim, neylədim sənə, bir dönüb baxmadın mənə". Təəssüf ki, çox sonralar bu mahnı unuduldu və ermənilər yaranmış vəziyyətdən istifadə edərək həmin musiqiyə müraciət etdilər və əsəri erməni mahnısı kimi ifa etməyə başladılar.

Xalq artisti Tükəzban İsmayılovanın 40-cı illərdə ifa etdiyi "Nazlı yarımın tayı qız olmaz, yarım gözəldir, buna söz olmaz" misralı mahnıya da tərəfimizdən sahib çıxılmadığından ermənilər onu "məharətlə özəlləşdirdilər". Milli musiqimizi təhlil edən Aydın Əliyevin fikrincə, onlarla unudulmuş mahnı və rəqslərimiz var ki, ermənilər onları mənimsəyiblər. Təhlilçi bu istiqamətdə araşdırmalarını davam etdirəcəyini və yeni faktları geniş ictimaiyyətlə, eyni zamanda musiqi aləmi ilə paylaşacağını bildirir.

Keçmişinə sahib çıxmayanın gələcəyini oğurlayarlar...

Hafiz Əhmədov

O.M.