MTRŞ telekanallarının hər birinə 300 000 manat vəsait ayırdı

MTRŞ telekanallarının hər birinə 300 000 manat vəsait ayırdı

28 Oktyabr 2011 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında teleradio şirkətləri tərəfindən milli telefilmlərin, habelə serialların çəkilişi ilə bağlı Şuraya daxil olmuş təkliflər müzakirə edilib. MTRŞ-in məlumatına görə, Şura qanunvericiliyin tələblərini rəhbər tutaraq ilkin mərhələdə milli telefilmlərin, habelə serialların çəkilişi ilə əlaqədar birdəfəlik müqavilə bağlanılması yolu ilə ümumrespublika teleradio şirkətlərinin hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edib.

Xatırladaq ki, bu gün "Azad Azərbaycan" tele-radio şirkətinin fəaliyyət lisenziyası daha 6 il uzadılıb.

Televiziya cəmiyyətin güzgüsüdür...

Hafiz Əhmədov

O.M.