"Azərbaycan" kinoteatrı satışa çıxarılıb

"Azərbaycan" kinoteatrı satışa çıxarılıb

26 Oktyabr 2011 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Ə.Qarayev fəaliyyətini davam etdirməkdə çətinlik çəkən kinoteatrların özəlləşdirilməsinin vacib olduğunu bildirib

Əmlak Məsələləri Dövlət Komitəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirir ki, Azərbaycan prezidentinin 2006-cı il 23 avqust tarixli "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında" sərəncamına uyğun olaraq, digər obyektlərlə yanaşı "Azərbaycan" kinoteatrı da özəlləşdirməyə açıq elan edilib. Onun sözlərinə görə, kinoteatr qeyd edilən sərəncama uyğun olaraq özəlləşdirmə haqqında qanunvericiliyə əsasən özəlləşdirildikdən sonra gələcəkdə öz profilinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.

Tələblərə görə, gələcəkdə bura qoyulan investisiyalar nəticəsində "Azərbaycan" kinoteatrı daha müasir təmir olunmuş, müasir avadanlıq və texnologiyalarla təchiz olunmuş, günün tələblərinə cavab verən kinoteatr kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl məsələyə aydınlıq gətirən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev fəaliyyətini davam etdirməkdə çətinlik çəkən kinoteatrların özəlləşdirilməsinin vacib olduğunu bildirmişdi.

Təki özəlləşdirilən obyektlər sonradan ticarət obyektlərinə çevrilməsin...

Sərvər Aslanov

O.M.