İTV yeni layihəsi ilə tamaşaçıları təəccübləndirəcək

İTV yeni layihəsi ilə tamaşaçıları təəccübləndirəcək

20 Oktyabr 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
"İşıqlı gələcək" televiziya məkanında yeni səhifə açır

Bu gün İctimai Televiziyanın işçi "Şanson" restoranında yeni bir layihənin çəkilişinə start verdi. "İşıqlı gələcək" adlı veriliş fərqli bir formatda hazırlanır. Veriliş əyləncəli formatda olsa da, dərin sosial əhəmiyyətə malikdir. Belə ki, "İşıqlı gələcək" layihəsinin məqsədi gözdən əlil istedadlı gənclərin ölkədə, ö cümlədən dünyada tanıdılması, bu yolla cəmiyyətdə sosial ədalət və humanizm prinsiplərinin təmin olunmasıdır. Layihənin rəhbəri İsa Rəvanın fikrincə, "İşıqlı gələcək" sözün əsl mənasında çoxları üçün işıqlı gələcək olacaq. İstər gözdən əlillər, istərsə də sadə tamaşaçılar müqəddəs bir amal ətrafında gələcək inkişafa doğru birgə irəliləyəcəklər. Bununla həm gözdən əlillərin sosial problemləri həllini tapacaq, həm də cəmiyyətdə onlara qarşı maraq artacaq.

Verilişin aparıcısı Mehriban Bəylərqızı da yeni konsepsiya haqda fikirlərini bölüşdü. O, "İşıqlı gələcək" layihəsinin gələcəkdə nəinki gözdən əlillərə, digər istedadlı əlillərə də yer verə biləcəyini istisna etmədi. Mehriban xanımın fikrincə, bu gün Azərbaycanın televiziya məkanında geniş yayılan SMS-li müsabiqələr kommersiya məqsədi güddüyü üçün əksər hallarda tamaşaçıların zövqünü korlamaqla məşğuldur. "İşıqlı gələcək" isə yalnız sosial reabilitasiya və inteqrasiya məqsədi daşıyır. Layihə çərçivəsində təsadüfi insanlar deyil, məhz istedadlı gözdən əlillər tamaşaçılara təqdim olunacaq və bu zaman heç bir maddi maraq güdülməyəcək.

Xatırladaq ki, "İşıqlı gələcək" layihəsinin rəhbəri Oxu Məni qəzetinin Sosial şöbəsinin müdiri İsa Rəvan, verilişin aparıcısı Mehriban Bəylərqızı isə "Oxu.TV"-nın redaktorudur.

İşıqlı gələcək bu gündən başlayır. Qəlbinizin gözü, gözünüzün qəlbi nurlu olsun, əziz oxucular...

Könül Aypara

O.M.