"Eurovision-2012" yarışmasına 1mlrd. $ xərclənəcək

"Eurovision-2012" yarışmasına 1mlrd. $ xərclənəcək

20 Oktyabr 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
500 hotel qonaqları qəbul etməyə hazırlaşır

Azərbaycan "Eurovision-2012" mahnı yarışmasına tam gücü ilə hazırlaşır. Noyabr ayında təşkilati və tanıtım məsələlərini əhatə edəcək "AvroAz" adlı yeni jurnal 6 dildə işıq üzü görəcək. Bundan başqa, 500-dən artıq yüksək səviyyəli hotel qonaqları qəbul etməyə hazırlaşır. Mətbəxə xüsusi fikir verildiyindən dünyanın hər bir yerindən gələn tanınmış aşpazlar yerli həmkarlarına kurs keçirlər. Vəsaitin əsas hissəsi isə Xəzər sahilində inşa olunacaq 50 minlik konsert zalına yönəldilib. Aze.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, "Eurovision-2012" mahnı yarışmasına 1 milyard ABŞ dolları xərclənəcəyi gözlənilir.

Xatırladaq ki, yarımfinallar 22-24 may tarixlərində, final isə 26 mayda keçiriləcək.

Musiqi ruhun qidasıdır. Bu il hamı Azərbaycan "mətbəxi" ilə qidalanacaq. Nuş olsun...

Hafiz Əhmədov

O.M.