"Eurovision-2012"nin keçirilməsi üçün 3 yer təklif edilib

"Eurovision-2012"nin keçirilməsi üçün 3 yer təklif edilib

11 Oktyabr 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı Məşvərət Qrupunun Cenevrədə keçirilən iclasında yarışmanın keçiriləcəyi yer müzakirə olunub. İclasda Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin keçirilməsi üçün Avropa Yayımlar Birliyinə (EBU) üç yer təklif olunub. Bunlar Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və Bayraq Meydanında inşa olunan "Kristal Palace"dır.

EBU rəhbərliyi Azərbaycanın bu müsabiqəni yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirilib. Mütəxəssislər Azərbaycanda bu və ya bu kimi beynəlxalq müsabiqənin keçirilməsi üçün Heydər Əliyev adına İdman Konsert Kompleksinin çox əlverişli yer olduğunu bildiriblər. Bu səbəbdən də EBU rəhbərliyi Azərbaycan tərəfini "Eurovision-2012"nin keçiriləcəyi məkanı tez seçməyə tələsdirmir.

İclasda o da qeyd olunub ki, Azərbaycan bu müsabiqənin yeni tikiləcək arenada keçirilməsini daha çox arzulayır. Məkanla bağlı son qərarın noyabr-dekabr ayında verilməsi nəzərdə tutulur. Məkan dəqiqləşdikdən sonra artıq "Eurovision" müsabiqəsinin yarımfinal və final biletlərinin hazırlanması prosesinə başlanılacaq.

57-ci "Eurovision" müsabiqəsi ilə bağlı Məşvərət Qrupunun növbəti iclası noyabr ayında baş tutacaq.

Fərid Qurbanov

O.M.