Eldar İsmayılov Vətənini, torpağını müqəddəs bir ocaq kimi qiymətləndirir

Eldar İsmayılov Vətənini, torpağını müqəddəs bir ocaq kimi qiymətləndirir

5 İyul 2017 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan çoxcəhətli yaradıcılıq hünərləri içərisində olduqca böyük və şərəfli yer tutur. Bitməz, tükənməz quruculuq, yaradıcılıq fəaliyyətində azadlıq, birlik, səadət uğurunda, Vətəninə, dövlətinə, torpağına, millətinə olan məhəbbəti naminə həyatın enişli-yoxuşlu ən çətin imtahanlarından keçməyə qadirdir. Vətənimizin, torpağımızın yetişdirdiyi, qəlblərində hər an Vətən sevgisiylə yaşayan namus və şərəf üçün canından keçən Vətən oğullarımız daima millətinin firavan yaşaması üçün həyatda öz zəhmətləri sayəsində mübarizə aparır, xalqının rifahı uğurunda hər zaman külüng çalırlar. Xalqını, millətini düşünən insanların bir amalı var, o da xeyirxahlıqdır. Ən əsas vətənpərvər bir insan kimi öz yerini tutmuş bu cür şəxsiyyətlər ölkəmizin ictimai həyatında yetərincə tanınan simalardandır.

Belə simalardan biri də "Dədə Qorqud" Mili Fondun prezidenti "Azərbaycan Dünyası" beynəlxalq jurnalın rəhbəri "Əmək ordeni", "General Jukov ordeni", "Böyük Vətən Müharibəsi ordeni", "Şimali Qafqaz mükafatı"na, Ukraynanın "Vladimir" və "Müstəqillik" ordeni, Moldova Respublikası Mükafatı və ordeni, "Azərbaycan Xalq Diplomatiyası" mükafatı, Dağıstan Respublikası, Dərbənd şəhərinin fəxri vətəndaşı, "Azərbaycan Veteranlar təşkilatının" üzvü, ictimai-siyasi xadim Eldar İsmayılovdur.

Vətənim Azərbaycan! Torpağım türk torpağıdır deyən Eldar İsmayılov Vətənini, torpağını müqəddəs bir ocaq kimi qiymətləndirir. Həyatın ən ağır sınaqlarından çıxan bu insan öz əzmkarlığı ilə millətinin qayğısına qalmaqdan ötrü yorulmadan gecə-gündüz çalışmağı özünə borc bilir. E.İsmayılov daima böyük layihələr üzərində çalışır, işləyir və həyata keçirir. Rusiyanın, Ukraynanın, Moldovanın, Dağıstanın, Türkiyənin, İsveçin və bir neçə ölkələrdə Azərbaycan nümayəndəliyini yaradaraq öz xalqını bütün dünyaya tanıdır. Azərbaycan tək türk torpağı deyil, həm də yer üzünün ən qədim mədəniyyət ocağıdır deyən E. İsmayılov özü də gözəl

rəssam və yazardır. Onun illərdir yazdığı hələ işıq üzü görməyən "Qızıl külək" əsəri yaxın vaxtlarda hər kəsin ən sevimli bir kitabına çevriləcək. Xoşbəxtliyi yalnız zəhmətdə görən E. İsmayılov öz əkdiyi ağacların barını belə dostlarsız yeməz. Yalnız öz ata-baba bağında əkib becərdiyi və onların barından zövq alaraq hər kəsi öz halal süfrəsinə dəvət etməkdən zövq alır və dincəlir.

Üç övladı, iki nəvəsi var. Ən böyük vəzifəsi və amalı isə ömrünün axırınacan Vətəninin və Türk dünyasının sıravi əsgəri olaraq qalmaqdır.

Sizə uzun ömür və cansağlığı arzulayırıq. Qarşıdan gələn doğum günü münasibətiylə Sizi qəlbən təbrik edir və işlərinizdə daha da böyük uğurlar diləyirik.

Görkəmli şəxsiyyətlər, dahi insanların varlığı, onların xoşbəxtliyi isə tək xalqının deyil, bütün bəşəriyyətin xoşbəxtliyidir.

Mehriban Bəylərqızı