Abituriyent və tələbələrin nəzərinə

Abituriyent və tələbələrin nəzərinə

14 Aprel 2011 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Təhsil Məlumat Mərkəzində (BTMM) ikinci təhsil yarmarkası keçiriləcək. Yarmarkada İngiltərə, ABŞ, İtaliya, İspaniya və s. ölkələrdə təhsil almaq istəyənlərə təkliflər olunacaq.

Yarmarkada 15 universitet və 10 özəl orta məktəb iştirak edəcək. Sərgidə bu müəssisələrin rəhbərləri öz təhsil proqramları və fəaliyyətləri barədə məlumat verəcəklər.

Qeyd edək ki, sərgidə ABŞ səfirliyinin nümayəndələri də iştirak edəcəklər.

V.İ.Lenini qınasaq da, onun gözəl kəlamı hər zaman aktualdır: "Oxumaq, oxumaq, yenə də oxumaq!"

Yeri gəlmişkən, biz də deyirik ki, ən operativ, doğru, maraqlı, analitik məlumatları bilmək və eyni zamanda əylənmək istəyirsənsə, hər zaman OXU MƏNİ!

O.M.