Mərhum jurnalist Elmar Hüseynov haqqında yeni film çəkilib
Avropadan yayımlanan "Azərbaycan saatı" proqramı "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov haqqında "Sözün qətli" sənədli filmi çəkilib. Film jurnalistin ölümünün 11-ci ildönümünə həsr olunub və onun doğum günündə - iyulun 17-d tamaşaçılara təqdim ediləcək.
Elmar Hüseynov 1976-cı il iyulun 17-də Bakıda anadan olub. Jurnalist fəaliyyətinə 1995-cı ildə "Zerkalo" qəzetində başlayıb. 1996-cı ildə tənqidi yönü ilə seçilən "Monitor" jurnalını təsis edib. Çoxsaylı hədələrdən, məhkəmə çəkişmələrindən sonra 2005-ci il martın 2-də evinin astanasında öldürülüb.
Qətlin sifarişçiləri və icraçıları indiyədək məsuliyyətə cəlb olunmayıb. Jurnalistin həyat yoldaşı Ruşanə və oğlu Aslan Norveçə mühacirət ediblər.
Mediainfo.az
Digər xəbərlər