İranda keçirilən festivalda Azərbaycan türkləri təhqir olunub

İranda keçirilən festivalda Azərbaycan türkləri təhqir olunub

29 İyul 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Təbrizdə keçirilən İncəsənət Festivalında açılmış sərgidə Azərbaycan türkləri təhqir olunub. APA-nın məlumatına görə, sərgidə anti-Azərbaycan və antitürk mövzularında karikaturalar nümayiş etdirilib.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi, İslam İnqilabı Keşikçiləri Korpusu və "31 aşura ordusu" təşkilatı tərəfindən Təbrizin Xaqani parkında keçirilən festivalda "Oyaq Azərbaycanın mədəni, siyasi və tarixi" adlı köşkdə nümayiş olunan karikaturalarda milli haqlarını tələb edən Azərbaycan türklərinin hərəkatı, Azərbaycan Respublikası, Vahid Azərbaycan ideyası, "Boz qurd" totemi və digər milli atributlar təhqir olunub.

Heyvanı qulağından tanıyarlar, insanı əməlindən, deyiblər.

Tofiq Əliyev

O.M.