Nazir Xalça Muzeyinin direktorunu işdən çıxaracaq
Nöqsanlara baxmayaraq heç kim haray salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır"
"Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında hörmət-izzətlə təqaüdə göndərəcəyik. Onun artıq 71 yaşı var. Bu, təqaüd yaşıdır".
Bunu Mədəniyyət və Turizm Nazirliyinin Kollegiya iclasında nazir Əbülfəs Qarayev deyib.
Nazir, Röya Tağıyevanın tanınmış və təcrübəli muzey işçisi olduğunu bildirib: "Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. Muzeydə nöqsanlar var idi və biz onların aradan qaldırılması üçün tədbirlər gördük. Bu məsələdə sözsüz ki, rəhbərliyin günahı var idi. Maliyyə məsələlərində, sənədlərdə, əməkdaşların siyahısında çatışmazlıqlar mövcud idi. Amma bütün bunlara baxmayaraq heç kim haray salıb, Xalça Muzeyinin əleyhinə danışmamalıdır. Çünki o muzey bizim nümunəvi muzeydir".
Mediainfo.az










































.jpg)
.jpg)
.jpg)















































.jpg)
