Rusiya incəsənətinin tanınmış siması vəfat edib

Rusiya incəsənətinin tanınmış siması vəfat edib

12 Dekabr 2015 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın xalq artisti, teatr və kino aktyoru İqor Kaşinçev vəfat edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı aktyorun uzun illlər çalışdığı Mayakovski Teatrı yayıb.

Aktyorla vida mərasimi dekabrın 14-də Mayakovski Teatrında olacaq və həmin gün torpağa tapşırılacaq.

Qeyd edək ki, İqor Kaşinçev 1932-ci ildə anadan olub.

1955-ci ildə MXAT studiya məktəbini bitirən İqor Kaşinçev 7 teatrda çalışıb. 1963-cü ildən kinoya da çəkilməyə başlayan aktyor, kinoda ikinci dərəcəli rolların əvəzsiz ifaçılarından biri olub.

Onun yaratdığı fırıldaqçı, avanturist, mafia nümayəndəsi rolları tamaşaçıların rəğbətini qazanıb. "Fitil" yumoristik kino-jurnalında çəkilən aktyor, həm də bədii qiraətçi kimi tanınıb.

Mərhum aktyor 22 il Mayakovski Teatrında çalışıb.

Mediainfo.az