Emin Ağalarov Londonu silkələyib
Emin Ağalarov Londondakı konsertini, "mən fəxr edirəm ki, "Eurovision-2012" müsabiqəsi Azərbaycanda keçırıləcək!" kəlməsi ilə açıb. Londonun mərkəzindəki "Under The Bridge" klubunda keçirilən konsertdə E.Ağalarov yeni mahnılarını ifa edib. Konsertdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər.
Biz də fəxr edirik ki, həmyerlimiz Avropanı fəth etməkdədir!
Könül Aypara
Digər xəbərlər