Sabir Mirzəyev dünyasını dəyişib...

Sabir Mirzəyev dünyasını dəyişib...

23 İyul 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

1960-cı ildə səhnəyə gələn Sabir Mirzəyev 50 il Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şərkətində çalışıb. "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamlarının mahir ifaçısı olan dahi sənətkarın Qızıl fondda bir çox lentləri qorunub saxlanmaqdadır. Sabir Mirzəyev 2007-ci ildə Əməkdar arist fəxri adına layiq görülüb, prezident təqaüdçüsü idi.

Əfsusla qeyd etməliyik ki, S.Mirzəyev bu gün 69 yaşında dünyasını dəyişib. O, ağır ürək-damar xəstəliyindən əziyyət çəkdiyindən müalicə almaq üçün bir həftə əvvəl Təbriz şəhərindəki xəstəxanalardan birinə yerləşdirilibmiş. Sənətkar əməliyyata kimi artıq keçinib. Allah rəhmət eləsin!

Könül Aypara