Aktyor bıçağı saxta zənn edib. səhnədə şah damarını kəsdi - FOTO

Aktyor bıçağı saxta zənn edib. səhnədə şah damarını kəsdi - FOTO

9 Noyabr 2015 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanadakı məşhur "Burgtheatre"nin səhnəsində aktyorun qanı tökülüb!

Belə ki, 30 yaşlı Daniel Hoevels rolunu ifa edən zaman əlindəki bıçağın saxta olduğunu zənn edib. Beləcə, intihar edən aktyor şah damarını zədələyib. O, tamaşaçıların alqışlarını bir müddət izləyə bilib. Çoxlu qan itirən Daniel huşunu itirib.

Onun halının pisləşdiyini həmkarları hiss ediblər. Dərhal aktyoru xəstəxanaya çatdırıblar. Həkimin bildirdiyinə görə, Danielin şah damarı yüngülvari kəsilib, bıçaq bir az da dərinə getsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı.

Günel Həbib