
Rusiyada məşhur sima olan azərbaycanlı xanım ərindən ayrıldı
Rusiyanın tanınmış aparıcısı, azərbaycanlı İradə Zeynalova həyat yoldaşı Aleksey Samoletovdan boşanır.
Rusiyanın birinci kanalında "Voskresnoye Vremya" verilişinin aparıcısı olan Zeynalova boşanmağının səbəbini açıqlamayıb. İyirmi il evli olan cütlüyün Teymur və Oleq adlı 2 oğlu var.
İradə Zeynalova öz karyerasında birinci kanalın Böyük Britaniyada xüsusi müxbiri olub. O həmçinin Yaxın Şərqdə hərbi müxbir kimi də çalışıb.
Daha əvvəl Zeynalova müsahibəsində bildirmişdi ki, ekranda görünən "dəmir xanım" qaynar nöqtələr və təbii fəlakət zonalarından reportajlar hazırlamaqdan qorxmur. Amma o, ailə həyatı və məişətdə "yumşaq və elastik İradə"nin olduğunu deyirdi. "İşdə titanı əyilməyə məcbur edə bilərəm, amma məişətdə mən bunun əksiyəm", - Zeynalova təbəssümlə etiraf edirdi. (publika)
Mediainfo.az