
VI Avropa Film Festivalı keçiriləcək
"Park Cinema" kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil etdiyi Avropa Kinosu Festivalının builki proqramı artıq müəyyənləşib.
"Park Cinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev Aile.lent.az-a bildirib ki, bu il festivalın fəxri qonaqları "Then it’s Hi! Hi! Hee!" filmi ilə Latviyadan "Verhoustinskis andrejs", "Sonja and the Bull" filmi ilə Xorvatiyadan "Vorkapic Vlatka" və "Those Who Dare "filmi ilə, Estoniyadan Mr Kiur Aarma olacaq. Artıq filmləri festivalda nümaiş etdiriləcək ölkələrlə bununla bağlı razılıqlar əldə olunub. Bu sırada Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsvec, Yunanıstan, Litva və Portuqaliya filmləri var.
Azərbaycanı isə Avropa Kinosu Festivalında Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi "Qatil" filmi təmsil edəcək. Festvalın açılışı Belçika kinematoqrafçılarının "Turquaze" filminin nümayişi ilə olacaq. Bütövlükdə isə festival günlərində tamaşaçılara komediya, dram, fantastika, macəra janrında çəkilmiş bədii filmlərlə yanaşı, animasiya və sənədli fimlər də təqdim olunacaq. Filmlər "Park Cinema" kinoteatrlar şəbəkəsində və Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.
Qeyd edək ki, Tusi Bohm Planitariumda "Park Cinema" kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi VI Avropa Film Festivalı oktyabrın 29-dan noyabrın 6-a qədər keçiriləcək. Oktyabrın 29-u saat 17.00-da isə mətbuat konfransı olacaq.
Mediainfo.az