Əməkdar artist Gülnar Salmanova vəfat edib

Əməkdar artist Gülnar Salmanova vəfat edib

24 Oktyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa şəhər qəbiristanlığnda basdırılacaq

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib ki, əməkdar artist Gülnar Salmanova dünyasın dəyişib. .

Nazirlik rəsmisinin sözlərinə görə, G. Salmanova ilə vida mərasimi sabah saat 11:00-da Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək: "Dövlət Musiqili Teatrının rəhbərliyinin müraciəti əsasında əməkdar artist Gülnar Salmanova şəhər qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində Mədəniyyət vəTurizm Nazirliyinin əməkdaşları, teatrın kollektivi iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından mərhumun yaxınlarına və əzizlərinə başsağlığı veririk. Allah rəhmət eləsin".

Qeyd edək ki, G. Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşıb. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Mediainfo.az