Əlibaba Məmmədovun 62 yaşlı oğlu ata olub

Əlibaba Məmmədovun 62 yaşlı oğlu ata olub

20 Oktyabr 2015 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Nərgiz Cəlilovanın təqdimatında yayımlanan "Sevilənlər" verilişinin qonağı xalq artisti Əlibaba Məmmədov maraqlı açıqlama verib. Xanəndə oğlunun 62 yaşında yenidən ata olduğunu deyib:

"Oğlum 62, gəlinim 52 yaşındadır. 86 yaşında 4 aylıq nəvəm var. Allah bunu hər adama qismət eləmir",- deyə Ə. Məmmədov bildirib.

Aparıcının "nəvə yoxsa nəticə?" sualına isə "Əlbəttə, nəvə. 9 nəvəm, 14 nəticəm var" cavabını verib.

Mediainfo.az