
Afaq Bəşirqızını qəzəbləndirdilər
Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzovun iş adamı, Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "M Trans" MMC-yə rəhbər gətirilməsi xəbəri yayılıb.
Afaq Bəşirqızının xəbərə reaksiyası çox sərt olub. Xalq artisti Modern.az saytına açıqlamasında bu xəbəri tirajlayanları qınayıb:
"Kimin ağlına nə gəlir yazır. Utanmırlar, ayıbdır axı... Mən yaradıcı insanam, yubileyə hazırlaşıram. Səhərdən yalan informasiyayla bağlı nə qədər jurnalistə cavab vermək məcburiyyətində qalmışam".
A.Bəşirqızı deyib ki, oğlu sözügedən şirkətdə çoxdan çalışır:
"Mənim oğlum çoxdan həmin şirkətdə çalışır. Amma rəhbərliyə gətirilməsi doğru deyil. Mən onun anasıyamsa, bundan xəbərim yoxdursa, hansı "ağıllı" bunu bilib tez də tirajlayıb?! Mən anlamıram o informasiyanı verən adamın ağlı başındadırmı? Bu doğru məlumat deyil, son qoyun buna, vəssalam".
Mediainfo.az