Gülnar Salmanovaya yardım edək!  - FOTO

Gülnar Salmanovaya yardım edək! - FOTO

18 Oktyabr 2015 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa ağır günlərini yaşayır...

Həyatının yarıdan çoxunu Azərbaycan incəsənətinə həsr etmiş, səhnədə özünəməxsus iz qoyan, əsasən "Feliçita" rolu ilə yaddaşlara həkk olunan dəyərli əməkdar artist Gülnar Salmanovanın son görüntüsü ürəkləri dağlayıb, desək, yanılmarıq. Şux qəhqəhəsi, yumoristik səs tembri ilə tamaşaçılarının sevimlisi olan Gülnar xanım şəkər və xərçəng xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir adaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb. Bir oğlu var.

P.S. Allah kömək olur onsuz da. Yoxsa hər an caynağına aldığı insanı ölümə sürükləyən o xəstəlik qarşısında bu günə kimi məğrurcasına dayanmazdı Gülnar Salmanova. Amma imkanlı bəndələr də hər şeyi Allahın ümidinə buraxmamalıdır. Gülnar xanıma maddi cəhətdən yardım edə biləcək şəxslər, cavan kadrların təntənəli ad günlərinə, avtomobil, mənzillərinə xərclədiyiniz vəsaitin yarıdan yarısını "uf" demədən bu aktrisaya xərcləyin. İnanın, o biri dünyada sorğu-sualdan alnıaçıq çıxmış olarsınız...

Allah insaf versin!

Hazırladı: Könül Aypara

Foto: Əli Novruzəliyevə məxsusdur