
Fikrət Qocanın 80 illik yubileyi keçiriləcək
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yubiley münasibəti ilə Fikrət Qocanın səkkiz cildliyi çapdan çıxıb.
Seçilmiş əsərlər toplusuna şairin sovet dövründə nəşr edilmiş, habelə son illər yazdığı əsərlər daxil edilib.
Nəşrdə şairin roman və povestləri yer alıb. Xalq şairinin "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" əsərləri də səkkizcildliyə daxil edilib.
Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.
Mediainfo.az
Digər xəbərlər