
Bakı Dövlət sirkində yenilik!
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasından dəvət olunmuş proqram "Lasta-rika" adlanır və Bakıda ilk dəfə çıxış edəcək. Məlumatda qeyd olunub ki, Bakı Dövlət Sirki ənənəsinə sadiq qalaraq, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək.
Proqrama "dəniz şirlərinin teatrı", atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordabalet, şən kloun və digər nömrələr daxildir.
"Lasta-rika" eksklüziv sirk-şousu noyabr sonlarına kimi Bakıda olacaq.
Mediainfo.az
Digər xəbərlər