Bu gün “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçısının adı açıqlanacaq

Bu gün “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçısının adı açıqlanacaq

5 Oktyabr 2015 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İsveçin Stokholm şəhərində "Nobel" mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçısının adı açıqlanacaq. Mükafat ilk olaraq bu gün Bakı vaxtı ilə 14:30-da elan olunacaq.

Oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək.

İqtisadiyyat üzrə Nobel mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.

Komitənin internet səhifəsində bildirilib ki, ədəbiyyat üzrə Nobel mükafatının vaxtı hələlik məlum deyil.

Mediainfo.az