Zəlimxan Yaqubun qəflətən halı pisləşib

Zəlimxan Yaqubun qəflətən halı pisləşib

10 Sentyabr 2015 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq şairi Zəlimxan Yaqubun səhhətində problem yaranıb. O, artıq bir neçə gündür ki, Mərkəzi Kliniki Xəstəxanada müalicə alır.

Zəlimxan Yaqub faktı təsdiqləyib. O, açıqlamasında vəziyyətinin qəfildən pisləşdiyini və təcili olaraq MKX-ya yerləşdirildiyini deyib: "Heç bilmədim niyə belə oldum. Döş qəfəsimdə kəskin ağrılar başladı, səhhətim pisləşdi, evdə də çox qorxdular. Tez xəstəxanaya apardılar. Sağ olsun həkimlər. Başımın üstündə dayanıb səhhətimin keşiyini çəkdilər. Ağrılardan məni xilas etdilər. İndi də evə yazdılar. Müalicəmi evdə davam etdirəcəm. Ancaq heç halım yoxdur". (publika)

Mediainfo.az