BİR YAZI BORCLU QALDIM..

BİR YAZI BORCLU QALDIM..

8 Sentyabr 2015 16:54
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın Xalq artisti İlham Əsgərov doğulub boy atdığı Masallı torpağına tapşırıldı...

Azərbaycanın Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov doğulduğu Masallı rayonun Xoşçobanlı kəndində torpağa tapşırılmışdır.
Qeyd edək ki, 1958-ci il iyul ayının 16-da bu kənddə, Xoşçobanlı kəndində anadan olub. Bu torpaqda böyüyüb, onun çörəyini yeyib, suyunu içib. Məhz böyük sənət yoluna bu kənddən çıxmışdı... Heyif ki, vaxtsız zaman, amansız həyat onu aramızdan çulğalayıb apardı. Həyatda hər şeyi sevirdi, məhəbbətliydi, sevgiliydi. Yarını da bu diyardan seçmişdiı...
O, 1975-ci ildə Masallıdakı Təklə kənd orta məktəbini bitirib. Bir il tikinti-quraşdırma idarəsində fəhlə işləyib. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. SSRİ xalq artisti Ədil İsgəndərovun kursunu 1980-ci ildə başa vuran aktyor avqustun 26-da Akademik Milli Dram Teatrının truppasına dəvət edilib.
İstedadlı aktyor İlham Əsgərov Akademik teatrın ən sanballı tamaşalarında iştirak edib. Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir: Əli - "Közərən ocaqlar", M.İbrahimov, Ərəb - "İblis", Hüseyn Cavid, Fərhad - "Bəxtsiz cavan", Ə.Haqverdiyev, Həbib - "Büllur sarayda", İ.Əfəndiyev, Zülfüqar -"Vaqif", S.Vurğun. Əbubəkr - "Atabəylər", N.Həsənzadə, Nicat - "Mahnı dağlarda qaldı", İ.Əfəndiyev. Yusif - "Nişanlı qız", S.Rəhman, İldırım - "Qarabağ əfsanəsi", Q.Rəsulov, Qorxmaz - "Od gəlini", C.Cabbarlı, İsmayılov - "Gülüstanda qətl", C.Əlibəyov və s.
İlham Əsgərov radionun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir. Azərbaycan Dövlət Televiziyasında V.Şekspirin "İki veronalı" (Valentin), İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh), Ə.Hacızadənin "İnanmırsansa..." (Nüsrət), A.Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux), Mar Bayciyevin "Ər və arvad" (Əziz), B.Vahabzadənin "Kimdir haqlı?" (Fikrət), "İki qorxu" (Şair), Buta Sadıqovun "Afaqın məhəbbəti" (Nizami), Mixael Cavaxaşvilinin "Günahsız Abdulla" (Dustaq tələbə), Vladlen Dozortsevin "Qəbula gələn sonuncu adam" (Qəbula gələn), M.Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan) və s. teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.
İlham Əsgərov "Qəzəlxan" (Şair Azər Buzovnalı), "Əlahiddə vəziyyət" (Rəcəb) filmlərinə çəkilib. 28 oktyabr 2000-ci ildə əməkdar artisti, 15 may 2006-cı ildə xalq artisti fəxri adına layiq görülüb. Tanınmış səhnə ustasına 2012, 2014 və 2015-ci illərdə Prezident mükafatı verilib.
Allah rəhmət eləsin!
Əlihüseyn Şükürov, Masallı