AMEA-da görkəmli alim Ağamusa Axundovla vida mərasimi keçirilir

AMEA-da görkəmli alim Ağamusa Axundovla vida mərasimi keçirilir

7 Sentyabr 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Ağamusa Axundovla vida mərasimi keçirilir.

Apa-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AMEA prezidenti Akif Əlizadə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və başqa tanınmış şəxslər, ziyalılar iştirak edirlər.

Xatırladaq ki, Ağamusa Axundov dünən dünyasını dəyişib.

Mediainfo.az