“Əli və Nino” heykəli yeni ərazidə bərpa edilib - FOTO

“Əli və Nino” heykəli yeni ərazidə bərpa edilib - FOTO

4 Sentyabr 2015 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Batumi şəhərində zədələnmiş "Əli və Nino" heykəlinin bərpası istiqamətində işlər yekunlaşmaq üzrədir.

Apa-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, zədələnən heykəl yeni ərazidə bərpa edilib. İş icraçıları bildiriblər ki, işlər sentyabrın 5-də tam yekunlaşacaq.

Qeyd edək ki, avqustun 26-da Batumidə baş vermiş fırtına zamanı heykəlin dağılma ehtimalı nəzərə alınaraq heykəl başqa yerə köçürülüb.

Mediainfo.az