Xalq artisti müalicəsini evdə davam etdirəcək - FOTO

Xalq artisti müalicəsini evdə davam etdirəcək - FOTO

24 Avqust 2015 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın apa-ya verdiyi məlumata görə, aktyorun vəziyyəti hazırda qənaətbəxşdir: "Ümumi vəziyyəti normaldır, narahatlıq yaradan səbəb yoxdur. Özü də qalmaq istəmirdi, ona görə bazar günü xəstəxanadan çıxardıq".

N. Maniyeva əlavə edib ki, M. Maniyevin müalicələri ev şəraitində davam edəcək: "Evdə nə lazımdırsa, edəcəyik. Tikişləri hələ sökməyiblər. Ehtiyac olanda həkimlər evə gəlib-gedəcəklər".

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. Avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Mediainfo.az