SSRİ xalq artisti vəfat edib
Məşhur aktyor, SSRİ-nin xalq artisti olmuş Lev Durov vəfat edib.
L. Durov uzun sürən xəstəlikdən sonra avqustun 20-nə keçən gecə dünyasını dəyişib. Onun qızı Yekaterina Durova atasının Moskva vaxtı ilə saat 00.50-də müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində keçindiyini açıqlayıb.
Avqustun 7-də L. Durov ürəyindəki problemlə əlaqədar xəstəxanaya aparılıb. O, huşunu itirib və ürəyi faktiki olaraq dayanıb. Ona ağır pnevmoniya diaqnozu qoyulub.
L. Durov 1931-ci il dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən etibarən Malaya Bronnaya küçəsində yerləşən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox filmə çəkilib. İlk filmi 1955-ci ildə Leonid Malyuqinin "Dobroye utro" filmi olub. L. Durov "Semnadtsat mqnoveniy vesnı", "Stariki-razboyniki", "Ya şaqayu po Moskve", "Bolşaya peremena" kimi populyar filmlərdə rol alıb. Aktyor "Azərbaycanfilm" Kinostudiyasında çəkilən və Polad Bülbüloğlunu baş rol oynadığı "Qorxma, mən səninləyəm" filmində San Sanıç rolunu canlandırıb.
Mediainfo.az
















































.jpg)

.jpg)










































