Həmkarları xalq artistinə baş çəkdi
Aktrisalar xalq artisti Muxtar Maniyevə xəstəxanada baş çəkiblər. Bu haqda sosial şəbəkədə xalq artisti ilə fotopaylaşan aktrisa Naidə Orucova məlumat verib:
"Görkəmli sənətkarımız, xalq artisti Muxtar Maniyevə xəstəxanada baş çəkdik. Allah şəfasını versin, yastığı yüngül olsun. Həyat yoldaşına Allahdan səbr diləyirik".
Naidə Orucova ilə birlikdə aktrisalar Nuriyyə Əhmədova və Həmidə Ömərova da Maniyevi ziyarət edib.
Qeyd edək ki, avqustun 6-sı xəstəxanaya yerləşdirilən xalq artistinin sol ayağı amputasiya olunub.
Mediainfo.az
Digər xəbərlər






























































































