Nazirlikdən mükafatlar... - FOTO

Nazirlikdən mükafatlar... - FOTO

2 İyul 2015 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlik I Avropa Oyunlarında rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında iştirak etmiş şəxsləri mükafatlandırıb.

Mükafatlandırma nazir Əli Abbasovun əmri ilə həyata keçirilib. Əmrə əsasən, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir qisim əməkdaşı da Fəxri Fərmanla təltif edilib.

Nazir həmçinin birinci müavini İltimas Məmmədovu, nazirliyin İnfrastrukturun inkişafı şöbəsi Telekommunikasiya sektorunun müdiri Nazim Cəfərovu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Əhməd Mehdiyevi, Dövlət Radio Tezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevi, DRİ-nin mühəndisi Şamil Qasımzadəni, Məlumat Hesablama Mərkəzinin baş mühəndisi Sahib Nəcəfovu, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovu Fəxri Fərmanla təltif edib.

Həmçinin, BTRİB, DRİ, "Aztelekom" İB, "Azərkosmos" ASC, "Teleradio" İB, "Azərmarka" MMC, "Azercell Telekom" MMC, "Bakcell" MMC, "Azerfon" MMC, "DeltaTelecom LTD" MMM, "Telecomİnvest" MMC, "Eurodesign" QSC də Fəxri Fərmanla təltif edilib.

Oyunların rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında fəal iştirak etmiş bəzi əməkdaşlar isə pul məbləği ilə mükafatlandırılıb. (axar)

Mediainfo.az