Amalya Pənahovanın 70 illik yubileyi keçiriləcək

Amalya Pənahovanın 70 illik yubileyi keçiriləcək

2 İyul 2015 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 3-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti Amaliya Pənahovanın 70 illik yubileyi münasibəti ilə təntənəli gecə keçiriləcək.

"Amaliya Pənahovanın sevgi etirafı" adlı yubiley gecəsində video-çarxların müşayiəti ilə aktrisanın yaradıcılığından söhbət açılacaq, sənət dostlarının, vaxtilə səhnədə tərəf-müqabil olduğu insanların ürək sözləri, təbrikləri dinləniləcək.

Gecədə sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar, eləcə də bir sıra səhnə əsərlərində ifa etdiyi mahnılardan ibarət mini konsertin təqdimatı olacaq.

Mediainfo.az