"Kitab bayramı-2015" tədbiri baş tutdu - FOTO

"Kitab bayramı-2015" tədbiri baş tutdu - FOTO

7 May 2015 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı-2015" adlı tədbir keçirilib. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.
Ənənəyə çevrilmiş bu kitab bayramı hər il ictimaiyyətin böyük marağına səbəb olur. Layihənin məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.
Filarmoniya bağında 20-dək nəşriyyatın kitabları sərgilənib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara 126 müəllifin 200-ə yaxın rus dilində çap olunmuş kitabı da təqdim edilib. Oxuculara Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fyodor Dostoyevski, Etel Lilian Voyniç, Stiven Kinq, Orhan Pamuk və digər dünya şöhrətli müəlliflərin kitabları təklif olunub.
Tədbirdə Seymur Baycan da kitabları haqda oxuculara ətraflı məlumatlar verib.

Hazırladı: Könül Aypara