
“Axınla aşağı” filmi Los-Ancelesdə keçiriləcək nümayiş olunacaq
Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi 30 aprel-7 may tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək SEEfest Film Festivalında nümayiş etdiriləcək. Film 2014-cü ildə nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib.
Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir. Festivalın proqramlarında ümumilikdə 23 ölkəni təmsil edən filmlər iştirak edir. Əsas proqramda 9 film yer alıb.
Qeyd edək ki, "Axınla aşağı" filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
Mediainfo.az