“Şofer Əhməd” – Elxan Qasımovun 70 yaşı tamam oldu

“Şofer Əhməd” – Elxan Qasımovun 70 yaşı tamam oldu

24 Aprel 2015 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün əməkdar artist, rejissor,aktyor Elxan Qasımovun yubileyidir. Kino.org.az-ın verdiyi məumata görə,aktyor Elxan Qasımovun 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, daha sonra isə Leninqradda rejissorluq fakültəsində təhsil alıb. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii sənədli filmlərin, eləcə də "Mozalan" süjetlərinin müəllifidir. "Əhməd haradadır" filmindən sürücü Əhməd kimi tanınan aktyor, rejissor Elxan Qasımov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Elxan Qsımov "Nizami Gəncəvi", "Qocalar, qocalar...", "Bizim küçənin oğlanları", "Biz qayıdacağıq" bədii filmlərinin rejissoru olmuş, "Cazibə qüvvəsi", "Qatır Məmməd", "O qızı tapın","İnsan məskən salır" bədii filmlərində isə müxtəlif səpkili obrazlar yaradıb.

Mediainfo.az