Zərifə Əliyeva Zaqatalada anılıb

Zərifə Əliyeva Zaqatalada anılıb

21 Aprel 2015 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident yanında Bilik Fondunun təşəbbüsü ilə Zaqatala rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.

Fonddan Apa-ya verilən məlumata görə, akademikin adını daşıyan texniki fənlər təmayüllü liseydə təşkil olunmuş anım günündə Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi, liseyin direktoru Kəmalə Əhmədova alimin ömür yolu barədə iştirakçılara ətraflı məlumat verib, Z.Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Liseyin tarix müəllimi Könül Əliyeva Zərifə Əliyevanın həyatı və fəaliyyəti ilə bağlı məruzə söyləyib. Tədbir şagirdlərin ifasında şeir və kompozisiyalarla davam etdirilib.

Sonda Zərifə Əliyevaya həsr olunmuş "Aləmə nur saçan işıq" adlı film nümayiş olunub.

Mediainfo.az