18 aprel bütün muzeylərə, tarixi abidələrə giriş pulsuz olacaq

18 aprel bütün muzeylərə, tarixi abidələrə giriş pulsuz olacaq

16 Aprel 2015 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "açıq qapı" günü elan edir.

İdarədən AzVision.az-a bildirilib ki, aprelin 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə "Qala" Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi tarixi irsimizlə yaxından tanış olmağa dəvət edir.

Mediainfo.az